Ölüm durur
Göz işığın qulluğunda, Qulaq səsin, dodaq sözün. Günəş Yerin qulluğunda, Köz ocağın, ocaq közün. Toyumuzun qulluğunda sevinc, şadlıq, Yasımızın qulluğunda kədər, hüzn. Qulluqçular çox olsa da, Ən axırda qulluğunda Ölüm durur ömrümüzün.
2004, 20 fevral Kislovodsk