Əsas məzmuna keç

Sərbəst şeir

Ölüm

Zəlimxan Yaqub

1

Məni öldürəmməz düşmən gülləsi, İşvəsiylə, qəmzəsiylə, nazıyla, Öldürsə, məni bu çiçəklər öldürəcək.

Pələngin nərəsi qorxuda bilməz, Zərifliyi, yumşaqlığı, paklığıyla Öldürsə, məni kəpənəklər öldürəcək.

Əzrayılın mənlə bağlı işi yoxdu, Süzüb keçən, yanıq verən baxışıyla Öldürsə, məni bu mələklər öldürəcək.

Bu gün sağam, ölüm mənə bata bilmir, Hakimliyin, məhkumluğun əlləriylə Öldürsə, məni Mənsiz olan gələcəklər öldürəcək.

2000, 5 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.