Əsas məzmuna keç

Gəraylı

Olsun

Zəlimxan Yaqub

1

Ən gözəl bir nəğməyə dön, Dilimdə əzbərim olsun. Əllərin ağ göyərçinim, Tellərin məxmərim olsun.

Alışıb yanmasın şamım, Gözlərimdə qalsın kamım. Sənsiz mənim bir axşamım, Nə də bir səhərim olsun.

Qoy düşməsin məndən iraq, Gözün atəş, sözün çıraq. Aç sinəmi varaq-varaq, Yazmağa dəftərim olsun.

Bulud altdan gün kimi çıx, Torpaq altdan dən kimi çıx, Qarşıma bir din kimi çıx, Təzə peyğəmbərim olsun.

1997, 31 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.