Əsas məzmuna keç

Sərbəst şeir

Ölmüşəm, xəbərin yox

Zəlimxan Yaqub

1

Sevmək istədim, Ürəyimi qırdın. Uçmaq istədim, Qanadımı qırdın. Yaşamaq istədim, Ümidimi qırdın. Baxmaq istədim, Gözümü qırdın. Dinmək istədim, Sözümü qırdın. Qırhaqır başladın, Saldın qırğını. Ölmüşəm, xəbərin yox, Rahat ola bilərsən, Ver mənim yasımın Üçünü, yeddisini, qırxını.

2002, 20 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.