Əsas məzmuna keç

Qoşma

Olmuşam mən

Aşıq Ələsgər

1

Qəm yoldaşım olsan, halım bilərsən, "Əlif"dən qaməti "dal" olmuşam mən. Gecə-gündüz ahu-fəğan etməkdən, Dərdə, qəmxanəyə yol olmuşam mən.

Viran etdin könlüm evin tikməkdən, Çıxdı gözüm qanlı yaşlar tökməkdən, İl müdamı həsrətini çəkməkdən, Alışıb, odlanıb, kül olmuşam mən.

Sultanımsan, gəl sinəmdə otu, ağa, Səndən ayrı daxil olmam otağa. Şamama üçün əl uzatmam otağa, Ələsgərəm, kəmtər qul olmuşam mən.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.