Olmuşam
Ələsdi bürrəbbüküm qalu bəladan, Mərdin mövlasına nökər olmuşam. Sürtmüşəm üzümü xaki-payına, Elm tapıb, sinədəftər olmuşam.
On bir aydı mənim üzüm gülmədi, Qəza qəhri məndən heç üzülmədi. Yaxşı dostlar yaman gündə gəlmədi, Dostlarımdan çox mükəddər olmuşam.
Baxt yatanda qohum-qardaş yad olu, Məğrurluq eyləyən namurad olu. Bayram günü İslam olan şad olu, Mən qəmgin olmaqda kafər olmuşam.
Ələsgərəm, düşdüm qəza qəhrinə, Fələk top bağladı ömrüm şəhrinə, Eynim yaşı döndü Ceyhun nəhrinə, Ağlamaqdan zarü müztər olmuşam.