Olmur
Dağlar çağıranda öz qucağına, Arandan yaylağa köçməmək olmur. Çəmən sinəsini, qaya döşünü Ömür-gün həmdəmi seçməmək olmur.
Gəzməli yerləri gəzmək gözəldi, Düzləri zirvədən süzmək gözəldi, Laylalı göllərdə üzmək gözəldi, Nərəli çayları keçməmək olmur.
Gündə aynasına yüz gözəl baxır, Oğulsan sən baxma, ürəyini qır. Eləmi süzülür, eləmi axır, Dirilik suyunu içməmək olmur.
1975, 7 sentyabr