Olmur
Dostum, gileylənmə yaddan, yaxından, Əzəldən belədir, hamı bir olmur. Həyatda hər kəsin öz qibləsi var, Çırağı bir olmur, şamı bir olmur.
Həyat dövr eləyir hər axşam, səhər, Bir günü bal olur, bir günü zəhər. Birində sevinc var, birində qəhər, Hər günün ləzzəti, tamı bir olmur.
Zəlimxan söyləsin duy, yavaş-yavaş, Bir yerdə olarmı ayaq ilə baş. Birində nəm hava, birində daş-qaş, Həyatın, sarayla damı bir olmur.