Olmaz
Xərin işi xərdir, dostlar, Min dənəsi atcan olmaz. Bədəsilə əməl yetsə, Bilin, əsilzadcan olmaz.
Fani dünyaya inanma, Altın-gümüşə güvənmə, Ögeylərə könül vermə – Bir qardaş züryətcən olmaz.
Çox yolları görsə gözün, Hər mənanı bilsən özün, Bir nadana deyən sözün Əsib gedən yelcən olmaz.
Başın yastığa yetəndə, Səbrü qərar olmaz səndə, Gücün-qüvvətin gedəndə, Oğul-qızın yadcan olmaz.
Məxdumqulu əcəb çağlar, Kimi gülər, kimi ağlar, Dürlü meyvə verən bağlar Sovular, cənnətcən olmaz.