Əsas məzmuna keç

Qoşma

Olmaz

Aşıq Ələsgər

1

Söyüddü zatınız, billəm, mollalar, Uca boy verərsiz, barınız olmaz. Dildən dost olarsız, könüldən əyri, Doğru-dürüst etibarınız olmaz.

Yoxsulun malını halal bilərsiz, Şəriətdən kənar mətləb dilərsiz, Əysik danışarsız, artıq gülərsiz, Namus, qeyrətiniz, arınız olmaz.

Ələsgər ərz eylər, ariflər qana, Gövhər sözü eyləyirsiz əfsana, Qəlbdən xainsiz şahi-mərdan, Məhşər günü mədətkarınız olmaz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.