Əsas məzmuna keç

Qoşma

Olmaz

Aşıq Ələsgər

1

Arif məclisində bir söz söylərəm, Nə hədyan, nə çaşqın, nə qələt olmaz. Nütfədən pak olan, loğmadan halal, Mərifət elminə nabələd olmaz.

Bir haqq söz söylərəm, ariflər qanar, Müxənnətlər etdiyindən utanar. Varlıqda dost olma, yoxluqda -kənar, "İyidəm" deyəndə bu adət olmaz.

O dünyanı, bu dünyanı gözləyən, Həm savabı, həm üsyanı gözləyən, Namus qədri bilib, nanı gözləyən, İnşallah heç yerdə xəcalət olmaz.

Bir şəxsin sənəti istəmək ola, Səxavət eyləməz, Hatəm tey ola, Dövlət tapa, gədalıqdan bəy ola, Başı ərşə çıxsa, ədalət olmaz.

Ələsgər, mətləbin xudadan istə, Kərəm olmaz müxənnəsdə, nakəsdə. Bəylik, göylük, səylik olan məclisdə Qaç ki, orda xeyir-bərəkət olmaz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.