Əsas məzmuna keç

Qoşma

Olmaz

Aşıq Ələsgər

1

Bu dünyanı mən təcrübə eylədim, Namərd körpü salsa, onda ad olmaz. Bir mərd ilə ağı yesən, şirindi, Yüz namərdlə şəkər yesən dad olmaz.

Yadın oğlu yağlı aşa mehmandı, Dar günündə görərsən ki, usandı. Düşman günü düşmanınla düşmandı, Yüz il keçsə, qohum səndən yad olmaz.

Ələsgərin sözün yetir nisaba, Sərf edənlər səbt eləsin kitaba, Heç namərdin adı gəlməz hesaba, Mərd bir olar, onda iki ad olmaz.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.