Olmaz
Dodaqların olan kimi, Püstə olmaz, badam olmaz. Yön çevirsən mənə sarı, Ağrım olmaz, qadam olmaz.
Zəhmətimi zay eylədin, Məcnunlara tay eylədin, Sən məni rüsvay eylədin, Daha məndən adam olmaz.
Eşqə həsrət, yara ləlik, Bağrım oldu dəlik-dəlik, Kəs başımı birdəfəlik, Belə çətin edam olmaz.
1999, 20 yanvar