Olmaz
Hər dənizdə bərəkət var, Sünbül dönüb ayaq olmaz. Çiçək hara, tikan hara, Gül qanqala calaq olmaz!
Qoynu dolu bulaq olar, Güvəndiyi torpaq olar. Arxa olar, dayaq olar, Dağdan dağa yamaq olmaz!
Göylər durur yeddi qatda, Ucalıq var bu həyatda. Ətək qalar ayaq altda, Zirvəni tapdamaq olmaz!