Əsas məzmuna keç

Qoşma

Olmasın axır zaman

Məxdumqulu Fəraqi

1

Neçə iş gəldi, bil, ey qafil, qiyamətdən nişan, Daima zalımların içdikləri guya ki qan, Hər fəqir əhvalını sormaz ədalət ilə xan, Hərisi-dünya oluban yaxşılar oldu yaman, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Fəhm edin bu xəlq ara heç bir qənaət qalmadı, Çün xəsis oldu səxilər də, səxavət qalmadı, Feli-bədbabdan fəqirlərə kifayət qalmadı, Haram loxma yeyən dərvişlərdə taqət qalmadı, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Gəltirər alim sözünə işbu cahillər bədəl, Bir neçə alimlər öz elminə qılmazlar əməl, Nəfs işinə cəhd edib, eylər namazına xəyal, Kimsələr sanmaz, bəradər, yetişib növbə məgər, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Yortub kəsbi-harama, xeyr işığın yapmaq ilə, Feli-bədlər artıbdır, bihəd bəla tapmaq ilə, Yad olub iki müsəlman bir-birin çapmaq ilə, Gəldi min dürlü bəla şər işlərə qopmaq ilə. Ey yaranlar, bes neyçin kim, olmasın axır zaman.

Bir neçələrin işi içmək araq dövri-müdam, Bir neçələrin işi zövqi-zinadır sübhü şam, Bir neçələrin işidir daim bir keyfi-haram, Ol səbəbdən əskilibdir hörməti-elmi-kəlam, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Zalimlər, sələmçilər olmuş giriftari-bəla, Nəfs üçün avaradır dünya yolunda mübtəla, Bəzi adam bir-birisi misli bəy təkdir guya , Qalmamışdır bəzi adamlarda heç şərmü həya. Ey yaranlar, bes neyçin kim, olmasın axır zaman.

Zalimlər, sələmçilər olmuşlar xudadan bixəbər, Fani dünyanı baha deyib, toplayırlar simu zər, Fasiqü gümraları məscid sarı qılmaz güzər, Eyləməz alimə izzət, həm şəriətə nəzər, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Dedi bu Məxdumqulu, günahlar qərq etmiş məni, Əmri-məruf işlərin etsəm deyib cəhdim kanı, Kimsə yaxşı, kim yamandır, kimsə bilməz kimsəni, Kətxuda oğul atadan, qız anadan keyvanı, Ey yaranlar, bəs neyçin kim, olmasın axır zaman.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.