Əsas məzmuna keç

Qoşma

Olmasın

Məxdumqulu Fəraqi

1

Ey yaranlar − müsəlmanlar, Dəli könül coş olmasın. Yenə bir yaxşı igidə, Yaman xatın tuş olmasın.

Hər kim alsa haqdan rəhmət, Gedər qayğı, qalmaz möhnət, Abad olmaz, durmaz dövlət, Heç ölkə bibaş olmasın.

Hər kişinin öz züryəti – Can xoşu, könül qüvvəti, Artsın cömərdin dövləti, Muxənnəsdə aş olmasın.

Bir eşq düşsə ər sərinə, Kökü gedər çox dərinə, İki sevən bir-birinə Yaxın olsun, dış olmasın.

El içində özün öyər, Dil dumanı başdan aşar, Yağıda nöqsanı dəyər, Namərdlər yoldaş olmasın.

Sözlə, hey, aşığım, sözlə, Gəl, qiyamət işin gözlə, Məxdumqulu, sirrin gizlə, Hər namərdə faş olmasın.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.