Əsas məzmuna keç

Qoşma

Olmasa

Məxdumqulu Fəraqi

1

Adəm oğlu quru torpaq, Tən içrə canı olmasa, Qara dağdan qiymət qaçar, Seli, dumanı olmasa.

Haqqın lütfü, quşlar uçar, Kimi araq, şərab içər, İqbal qalmaz, dövlət köçər, Elin əzanı olmasa.

Ər igiddə olsa qeyrət, Başın əyər, olar qüdrət, Badam qabaq, gözəl surət Pisdir, kamanı olmasa.

Hər bir igid evdə xandır, Namərd bacarmaz, zənandır, Pirlər, sofular nadandır, Əldə Quranı olmasa.

Uzaqdır biz gedən yollar, Əcəb dastan yazan qollar, Qiymət olmaz üzdə xallar, Yanan Məcnunu olmasa.

Məxdumqulu, arxa yaşar, Məcnundur, Nəcd dağı aşar, Ulu el dağılar, çaşar, Mərd ərdən xanı olmasa.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.