Ölən dünya kimə gərək
Ölən dünya kimə gərək, əzizim, İnsaf ölü, iman ölü, din ölü. Yarımçıqlar ağır yükdü varlığa, Ürək qırıq, səs yarımçıq, ün ölü.
Güllərini yellər yolan xəstənin, Ətri gedib, rəngi solan xəstənin, Kövrəldikcə gözü dolan xəstənin Gözlərində Ay pərişan, gün ölü.
Düz halalla, doğru haqla gözəldi, Dünya ruhla, kef-damaqla gözəldi. Həyat ancaq yaşamaqla gözəldi, Bir dirini əvəz etməz min ölü.
2008, 15 mart Almaniya, Münster şəhəri