Əsas məzmuna keç

Heca şeiri

Öldürür

Zəlimxan Yaqub

1

Məni nə bir dost töhməti, Nə də bir qarğış öldürür. Nə başıma dəyən dolu, Nə yağan yağış öldürür. Nə rəngi saralan payız, Nə də ki qar, qış öldürür. Əzrayılın xəbəri yox, Mənim iki cəlladım var, Məni cüt baxış öldürür.

2000, 3 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.