Əsas məzmuna keç

Qoşma

Öldürür

Zəlimxan Yaqub

1

Bəxtinə yazılıb insan oğlunun, Hərəni bir həsrət, bir ah öldürür. Açıb-bükə bilmir günahlarını, Çoxunu batdığı günah öldürür.

Üzülür piltəsi, əriyir şamı, Sökülür sarayı, yıxılır damı. Səssiz güllələrdi yıxan adamı, Silahsız olanı silah öldürür.

Harınlar qarındı, qarınlar harın, Onəlli yapışıb kökündən varın. Gözü bu dünyadan doymayanların, İçini kin yeyir, tamah öldürür.

Yerdən də, göydən də silinir izi, Dizli kişilərin qırılır dizi. Qıran özümüzük bir-birimizi, Kim deyir adamı Allah öldürür.

2004, 31 iyul Truskavets

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.