Oldun
Fələk, fələk, zalım fələk, Gözdə nurum alar oldun, Onca canlar edib həlak, Zindanına salar oldun.
Fələk, fələk, qıya baxıb, Can alarsan xəncər soxub, Onca canı oda yaxıb, Amma özün qalar oldun.
Fələk, sənin namərd qurdun Viran etdi gözəl yurdum, Artırıb başımda dərdim, Qəzəb edib, alar oldun.
Məxdumqulu, yesir quşun, Zindandan qaldırmaz başın, Fələk vurubdur qardaşın, Qəhər edib gələr oldun.