Əsas məzmuna keç

Qoşma

Oldum giryana

Məxdumqulu Fəraqi

1

Suçumu yad edib, üzüm xak edib, Səhər nalış ilə oldum giryana. Didədən yaş töküb, sinəm çak edib, Dəli tək özümü vurdum hər yana.

Könlümü keçirdim cümlə-cahandan, Nə cahandan, bəlkə əl üzdüm candan, Xıdırdan, İsadan, Şahi-mərdandan, Himmət alıb baxdım suyi-asmana.

Asmanın üzündən kəhkəşan keçdi, Qəfildən üç ərə nəzərim düşdü, İki yaşıl geymiş, bir səfid puştu, Gözüm gördü, dilim gəlməz fərmana.

Biri gəlib, əlin köksümə vurdu, Biri bir tiğ ilən ürəyim yardı, Ağzıma ağzın qoyub, biri dəm vurdu, Derlər: «Ərzin degil Şahi-mərdana!»

Bular böylə decək, dilim açıldı, Qana-qana mey-məhəbbət içildi, Könlümə yeddi tövr sual keçildi, Dedim: «Rüxsət olsa, gəlsin zəbana».

İki uzun ərdir, bir qısa qəddir, Dedilər: «Xoşbəxtdır, yaxşı fürsətdir, Sözün olsa, soruş, sənə rüxsətdir, Könlə gələn sözün gəltir bəyana!»

Dedim: «Göydən ağır, yerdən mərd nədir? Dəryadan bay nədir, daşdan səxt nədir? Oddan yaxıcı nə, buzdan sərt nədir? Zəhərdən acıraq nədir bu cana?»

Derlər: «Yaman töhmət ağır asmandan, Qəhərsiz, yaxşı söz gendir cahandan,

Münafiqin könlü səxt səngistandan, Əhli-qane bənzər bəhri-ümmana,

Cəbr eyləyən sultan yaxıcı közdən, Xəsisdən diləmək soyuqdır buzdan, Cəfaya can etmək zəhər cansuzdan, Öyüddür bu sözlər, bizdən nişana».

Bular böylə decək, yerimdən durdum, Qədəm vurdum, əl ətəyə yetirdim, Məst oldum, sust oldum, özüm itirdim, Gap-kəlam tapmadım, qaldım heyrana.

Dedilər: «Üç kişi olduq ustadın, Daim dastan olar aləmdə adın, Məxdumqulu, vaxtdır, istə muradın...», Axmaq açar bu sirri, ya divanə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.