Oldum
Ey yaranlar, xəlayiqlər, Mərd igidi tapar oldum. Bəxt sınayıb, bu fanidə İqbalımı çapar oldum.
Qəflətdə ötmüşdür günüm, Eşq oduna yanıb tənim, El gözündən canü tənim Torpaq ilən yapar oldum.
Sınayıb mən bu baxtımı, Viran qılıb öz taxtımı, Bu dəşt üzrə Qıratımı Koroğlu tək təpər oldum.
Düşmüşəm dünya küyünə, Qısdı, neyləyim, öyünə, Dostlar, bu gün yar ruyinə Müşki-ənbər səpər oldum.
Gəzib cahanın üstündə, Fələyin zalim qəsdində, Qalmışam ayaq altında, Yamanlara səfər oldum.
Bu dünyada Nəmrud kimi, Ol dünyada sirat kimi, Ol İskəndər, Cəmşid kimi, Gözdə yaşım tökər oldum.
Cahanda var neçə bablar, Camalı ay tək sahiblər, Savaş qılıb ağır tüplər, Rüstəm Zal tək pozar oldum.
Bülbüləm, qaldım gülümdən, Sarvanam, düşdüm elimdən,
Neylim, indi bu dilimdən Ağır bəla tapar oldum.
Faninı mən gözə almam, Yaxşılara həmra olmam, Onca zaman özüm bilməm, Hər yanda mən yürür oldum.
Bilmirəm hardadır yarım, Bağımda bitən ənarım, Göyləndə ol xallı yarım El-ulusdan sorar oldum.
Keçib mən duzəx, siratın, Minmişəm behiştin atın, Məxdumqulu, yar surətin, Katib kimi yazar oldum.