Əsas məzmuna keç

Heca şeiri

Öldü var, döndü yoxdu

Zəlimxan Yaqub

1

Dedim səni sevirəm, Öldü var, döndü yoxdu. Ta son nəfəsə qədər, Yandı var, söndü yoxdu.

Bizə nə dağ, nə dərə, Sevənə yox bənd, bərə. Gəl qalxaq üfüqlərə, Qalxdı var, endi yoxdu.

Səhrası var, yeli var, Məcnun kimi dəli var, Sevənlərin seli var, Hasarı, bəndi yoxdu.

Soldu çiçəyim, zərim, Soyudu ilham pərim. Mənim bu dediklərim Var idi, indi yoxdu.

2010, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.