Əsas məzmuna keç

Qoşma

Oldu

Məxdumqulu Fəraqi

1

Könül verdim bir bivəfa məhbuba, Çıxdı eldən, dağı cana dərd oldu. Aşiq der: «Baxmanam indi ol xuba», Yol üstündə düşdü, gözüm dörd oldu.

Mənlik ilən etdim işimi zaya, İqbal eşşəyini batırdım laya, Ya bir mərdə söykən, ya da xudaya, Bəndə işi baş tutmadı, ard oldu.

Şikarım tur olub qaçdı səyyaddan, Gövdə qəmdən doldu, ürək də oddan, Qorxuram, yar bizi çıxara yaddan, Ayrı yerdə məskən tutdu, yurd oldu.

Sonam əl vermədi, saldım bazımı, Laçın qovdu, qarğa aldı qazımı, Bunca fağırlığa vurdum özümü, Tülkülənib gəzdim, adım qurd oldu.

Məxdumqulu, ürəyimdə dərd törər, Kim görübdür, köy itindən qurd törər, Ey yaranlar, mərd igiddən mərd törər, Haçan durdu namərd oğlu mərd oldu.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.