Oldu
Heç düşmədi bu yol mənə, Arzum yoldan, izdən oldu. Göz işıqdan yaman düşdü, Taqət yenə dizdən oldu.
Soyuq baxış məni yordu, Səadətin gözü kordu. Sinən işıq qalan qordu, Ocağımız közdən oldu.
Gözlər məni yaxmaz daha, Üzümə xoş baxmaz daha, Axar sular axmaz daha, Bulağımız gözdən oldu.
Səmimiyyət eşqin tacı, Köntöylüyün yox əlacı. Nə çəkdimsə ağrı, acı – Bircə quru sözdən oldu.
1975, 11 avqust