Oldu
Aşıq Şəmşirin “Şərəf nişanı” ordeni
ilə təltif olunması münasibəti ilə.
Şəmşir əmi, şad xəbəri eşitdim, Körpə qəlbim fərəhləndi, dağ oldu. Yer də, göy də al geyindi gözümdə, Güldü eşqim, gül-çiçəkli bağ oldu.
Cavanlaşdın şehə, suya batanda, Qanadlandın arzulara çatanda. Sən Vurğunun ürəyinə yatanda, Vurğun sənə bir arxalı dağ oldu.
Çəkən oldun şeirin, sözün nazını, Qarşıladın baharını, yazını. Sən götürdün Ələsgərin sazını, İstədiyin dövran oldu, çağ oldu.
El səndədi, usta, sən də eldəsən, Şeirindədi çiçək desən, gül desən. Şeirə döndün dodaqda sən, dildə sən, Xalq içində hər gün üzün ağ oldu.
1973, 15 mart