Oldu
Mən də bir zamanlar sevdim, sevildim, Gözəl sünbül bitdi, gözəl dən oldu. Əridim, sızladım, yandım, töküldüm, Gözəl baxa-baxa göz əldən oldu.
Əridə bilmədim bu qar həsrəti, Əyə də bilmədi vüqar həsrəti. Bir qız intizarı, bir yar həsrəti, Qara saçlarımda gözəl dən oldu.
Sevginin çalısı, çəpəri yoxdur, Yorğunam, canımın təpəri yoxdur. Vallah, Əzrayılın xəbəri yoxdur, Mənə nə oldusa gözəldən oldu.
2000, 10 mart