Əsas məzmuna keç

Qoşma

Olaydı

Zəlimxan Yaqub

1

Yıxılıb qalaydım bir dağ döşündə, Bir damda tüstülü bacam olaydı. Dərəydim lilparı çeşmə başında, Suyunu içməyə bir cam olaydı.

İtib getməyəydi o haqqı-saylar, Qat-qat açılaydı içimdə laylar. Gümüş sətirlərim, gümüşü çaylar, Bulaqlar qafiyəm, hecam olaydı.

Qartək əriyəydi qəzəbim, kinim, Nə adım olaydı, nə rütbəm, çinim. Həqiqət Allahım, şeiriyyət dinim, Təbiət ustadım, xocam olaydı.

2001, 8 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.