Olaydı
Alman ordusunun əsgərlərinə baxarkən
Mən bu gücə güvənəydim, Daş əlimdə qum olaydı. Əriyəydi nəfəsimdən, Polad dönüb mum olaydı.
Hər övladı gülüm, lalam, Hər əsgəri doğma balam. Yıxılmaz hasarım, qalam, Dağılmaz yurdum olaydı.
Diz çökdürər zəhmət çəkən, Qalib olmaz dizə çökən. Köpəkləri qıran-tökən, Basılmaz qurdum olaydı.
Dərd yatır ahın altında, Batdıq günahın altında. Kaş ki Allahın altında Belə bir ordum olaydı!