Olar
Olsa özü mərd igid, Hər bir yerdə yüz olar, Namərdlər bilsəniz - it, Hər kəslə üz-göz olar.
Nə günah var İdrisdə? Oddan yeydir həris də, Saz olmayan məclisdə Gurlaşsan həm saz olar.
Mən iqbalım unudam, Fanidən aldım qədəm, Özün bilməyən adam Hər yetənə söz olar.
Nə gözədir bu dağlar, Saysız ovlar, ovlaqlar, Gölə giribdir zağlar, Misalı bir qaz olar.
Namərdlərdən yaman yey, Hər zülümdən peyman yey, Neçə qızdan cüvan yey, Yaxşı, yaman qız olar.
Əzəl başdan verməsə, Qayği-həsrət görməsə, Fələk tiğin vurmasa, Qış fəslimız yaz olar.
Verir yazda, əzəldə, Alır fəsli-xəzəldə. Əcəb nərsə gözəldə Qaşın dartsa, naz olar.
Hər günə şükr eyləsən, Ələmin zikr eyləsən,
Dünyanı fikr eyləsən, Təşvişin lap düz olar.
Bir dərdlinin yanında, Olsan adam sanında, Aşiqlərin canında Baqi sönməz köz olar.
Deyərlər, axır zaman, Atəş-suzandan yaman, Bavər qılmagil güman, Böylə təşviş tez olar.
Qiyməti var zənanın, Tərif qılsam var zadın, Badam qabaq cananın Boyları diraz olar.
Kimlər istər ulu mal, Kimsələr etməz xəyal, Fələyi qılsan ehmal, Asmanda pərvaz olar.
Fani dünya gəzəndin, Sən ələmdən bəzəndin, Ağılsız, zay igidin Eldə qədri az olar.
Kimlər zər libas geysə, Oncalar zəhər yesə, Yaxşı dost bir söz desə, Canın içrə duz olar.
Fani təşvişə qoyar, Kimlər pünhanın ayar, Qarı özün qız sayar, Amma qoynu buz olar.
Məhəmmədin ümməti, Boynundadır sünnəti, Hər gözəlin qiyməti Üzdə imtiyaz olar.
Dərdim qılınsa ehsan, Ürəkdə bitər bostan, Qıldığım əcəb dastan Məcnuna niyaz olar.
Nə iş gördü gözlərim, Qəbahətdir üzlərim, Məxdumqulu, sözlərim Saza qoşsan, uz olar.