Əsas məzmuna keç

Qoşma

Olar

Aşıq Ələsgər

1

Haqq meyi İslama haram buyurub, Dərd tüğyan eyləsə, mey içmək olar. Dostun məzəmməti adam öldürür, Düşmənlə döyüşüb, söyüşmək olar.

İyid odu namusunu atmasın, Dost - ölüncə dosta yalan satmasın. Bir baş ki, ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar.

Ələsgərəm, mən yetiyəm hər işə; Bir könül ki, bir könüllə barışa, Göz gözə baxanda halın soruşa, Aləm düşman olsa, görüşmək olar.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.