Əsas məzmuna keç

Heca şeiri

Olar

Zəlimxan Yaqub

1

Üfüqlərə boylanarsan, Eşqin dağlar aşan olar. Dağ çayını dinləyərsən, Qanın aşıb-daşan olar. Gözəlliyə sevinərsən, Qəlbində toy-nişan olar, Qara bulud, dərin sükut, Ölmüş umud qəm gətirər. Ulduzlara boylanarsan, İçərin kəhkəşan olar.

2010, 16 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.