Əsas məzmuna keç

Heca şeiri

Olanda

Zəlimxan Yaqub

1

Qış da bahar kimi yatar meylinə, Odunun, ocağın, istin olanda. Yayın günəşi də görünməz gözə, Başında dumanın, tüstün olanda.

Mənasız nə fayda, yaşamaq olar, Birtəhər, bir qayda yaşamaq olar. Dörd fəsli bir ayda yaşamaq olar, İmkan arzulardan üstün olanda.

1976, 13 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.