Əsas məzmuna keç

Gəraylı

Olan yerdə

Zəlimxan Yaqub

1

Dar cığırlar yola döndü, İzimiz bir olan yerdə. Əməlimiz çiçək açdı Sözümüz bir olan yerdə.

Dəniz olduq, çay ummadıq, Sanbal gəzdik, say ummadıq. Özgələrdən pay ummadıq, Özümüz bir olan yerdə.

Haya çatdı harayımız, Uçulmadı sarayımız. Qafurumuz, Gərayımız, Həzimiz bir olan yerdə.

Xəyal göydən enməz oldu, İnam yoldan dönməz oldu. Ocağımız sönməz oldu, Közümüz bir olan yerdə.

Qəlbimizi köz eylədik, Neylədiksə düz eylədik. Azmı, biri yüz eylədik, Yüzümüz bir olan yerdə?

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.