Ola
Geyinməyə köynək istər yalavac, Köynəkli der: kaş üstündən don ola. Can sağlığı haqdan dilər qarnı ac, Durub deyər: kaş tükənməz nan ola.
Ol igid ki, çəkə-çəkə həsrəti, Səfərə çıxmağa olsa dövləti, İşdir, əgər tapsa yarağı-atı, Beşin tapsa, arzu edər – on ola.
Çox nan tapıb, əgər olsa könlü şad, Qız-gözəldən məhbub istər, həm övlad, Bu dövləti fayda etsə, adəmzad Könlü istər, böyük şəhrə xan ola.
Həm xan olsa, həm dünyası tay olsa, Həm ölməsə, həm əsbabı şay olsa, Həm verməsə, həm çürüməz bay olsa, Yaxşı adı həm dünyada dan ola.
Məxdumqulu, görüb düşmən tənəsin, Mərd oldur, şad tuta qəmdən sinəsin, Yer yüzü doldurmaz gözün xanasın, Qarun kimi xəznən necə kan ola.