Əsas məzmuna keç

Gəraylı

Ola

Zəlimxan Yaqub

1

Eh, əzizim, toy vurula, Sizə doğru axın ola. Fərəh desəm, yaradasan, Qəm istəsən, yoxun ola.

Yandırasan, yana adam, Köz dişləyəm, alov dadam. Sən yatasan, mən oyadam, Baldan şirin yuxun ola.

Gün yandırsa, quraq düşsə, Ayaz gəlsə, sazaq düşsə. Sevinc məndən uzaq düşsə, Barı, sənə yaxın ola.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.