Oğluna
Bir ana gözləri baxar yollara, Hər axşam yer salar itən oğluna. Dünyanı analı yaşatmaq üçün, Dar gündə imdada yetən oğluna.
Yer salmaq nə lazım əl əsə-əsə, Ay ana, ürəkdə yer salan kəsə. Yağılar nə qədər yandırdım desə, Vətən yer verəcək Vətən oğluna.
1973, 2 mart