Əsas məzmuna keç

Qoşma

O yerlər

Zəlimxan Yaqub

1

Dolansanız doğulduğum yerləri, Yaddaşımdan xəbər verər o yerlər. Hansı gündə sevda dolub başıma, Ataşımdan xəbər verər o yerlər.

Mənim kimi selə dönüb axsanız, Baxışlarda şimşək olub çaxsanız, Bulaq üstə gözəllərə baxsanız, Göz-qaşımdan xəbər verər bu yerlər.

Nur payladım qohumlara, yadlara, Sevinc verdim qəmginlərə, şadlara, Nə zaman ki ömrüm getdi badlara, Qan-yaşımdan xəbər verər o yerlər.

Dar günümdə anam olub ağlayar, Bacım olub yaralarım bağlayar, Xatirələr çeşmə kimi çağlayar, Sirdaşımdan xəbər verər o yerlər.

Hər görüşdən bir heyrətə gələrsiz, Vətən deyib ziyarətə gələrsiz, Zaman gələr, ibadətə gələrsiz, Başdaşımdan xəbər verər bu yerlər.

2000, 23 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.