Əsas məzmuna keç

Qoşma

O söz

Zəlimxan Yaqub

1

Sözüm yerə düşdü nadan yanında, Qaldıra bilmədim yerdən o sözü. Saxlaya bilmədim ucalığında, Qoruya bilmədim şərdən o sözü.

Ruh oldum, o sözün ruhuna yatdım, Sözün ocağını qaladım, çatdım. Niyə zirzibilin içinə qatdım, Mən ki toxumuşdum zərdən o sözü.

Neçə dağ aşıram, dərə keçirəm, Çöllərə bənd açıb, bərə keçirəm. İndi də utanıb yerə keçirəm, Yadıma salanda hərdən o sözü.

2001, 18 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.