O şeir mənim deyil
Gəl bir şeir oxuyum, Çeşməyə gəl, çaya gəl. Doğul, yenidən doğul, Təzədən dünyaya gəl.
Gəl bir şeir oxuyum, Ruhu cana qaytarım. Gəl səni doğulduğun, O ilk ana qaytarım.
Gəl bir şeir oxuyum, Çeşmələrdən saf olsun. Durulsun baxışların, Sulardan şəffaf olsun.
Gəl bir şeir oxuyum, Ömrün bir az uzansın. Boş şeydi cib qazancı, Qazanır, ruh qazansın.
Haqqın nurundan qopub, Can içində canındı. Mənim deyil o şeir, Məni yaradanındı.
2005, 3 mart