O, könüldür
Sinəmdə bir dünya yatır, Həm sevinci, həm qəmi var. Eşq adlanan həmdəmi var, Hər gün yanar güldür-güldür, O, könüldür!
Oylaq olub bağlar ona, İlham verib dağlar ona. Sevən ümid bağlar ona, Vursa – həyat, yansa – küldür, O, könüldür!
Mən də haqsız, o da haqsız, İnsaf eylə, nolar, ay qız. Qırma onu, çalış güldür, O, könüldür!