Niyə yatmırsan, ana
– Niyə yatmırsan, ana, Hələ ki, səhər deyil, Qızarmayıb dan yeri. Belə tezdən durmağın Axı cana nə xeyri?! – Qurban olum, ay bala, Yat, yuxun şirin olsun. Ürəyimin başında Qoy sənin yerin olsun. Mənsə ana olandan Unutmuşam yatmağı. Sevirəm tezdən durub, Gülləri, çiçəkləri Yuxudan oyatmağı.
1976, 25 sentyabr