Niyə
Ağlım, məni niyə çəkdin, Çiçəklər bitməyən yerə? Ruhum necə qanadlansın, Bülbüllər ötməyən yerə?
Gül üstündə ölər arım, Donar qəlbim, yağar qarım. Necə getsin ayaqlarım, Ürəyim getməyən yerə?
Yüz də mərd ol, yüz də mətin, Yollar ağır, yollar çətin. Yetir məni xəyanətin, Əlləri yetməyən yerə.