Nişanası
Ay ariflər, gəlin sizə söyləyim, Kəsilib üstümdən yar nişanası. Dost uzaq olmaqla könül yad olmaz, Ölüncə qəlbimdə var nişanası.
Nütfədən pak olan özü pak olar, Namərddən törəyən bil, napak olar. Əndəlib qan ağlar zəhri çak olar, Görsə gül üstündə xar nişanası.
Ələsgərəm, qərq olmuşam bu qəmə, Hədyan sözlər dağ çəkibdi sinəmə. Nakəs müxənnətdən mətləb diləmə, Yoxdu namus, qeyrət, ar nişanası.