Əsas məzmuna keç

Qoşma

Nişan verər

Zəlimxan Yaqub

2

Payızın sorağı xəzəldən gələr, Qışın bəyliyini buz nişan verər. Yazın qız vaxtını, oğlan çağını, Çiçəyi sayrışan düz nişan verər.

Gücündən bilinər səmti küləyin, Rəngindən bilinər ətri çiçəyin, Sevinci, şadlığı varsa ürəyin, Yanaqlar allanar, üz nişan verər.

Versən öz qəlbini təmiz bir ada, Hər zaman hörmətlə düşərsən yada. Nə qoyub gedirsən qoca dünyada, Zəlimxan, açdığın iz nişan verər.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.