Nigaran oldum
Şeir gülşəninə düşdü güzarım, Çəməndən, çiçəkdən nigaran oldum. Gördüm yoxuşadı həyatın yolu, Tövşüyən ürəkdən nigaran oldum. Küləklər əsəndə var qüvvəsiylə, Meyvəli budaqdan nigaran oldum. Taya ilanyalı, çay da aralı, Közərən ocaqdan nigaran oldum. Ayağım altından bir daş qaçanda, Bulağın gözündən nigaran oldum. Bu sözü kim dedi, niyə yaratdı, Nigaran sözündən nigaran oldum.
1973, 10 iyun