Nifrət – sevgi
Bu çərxi-fələyin öz işləri var, Hərənin başına bir iş gətirər. Zəlzələ, qasırğa tozanağında, Nə məğrur qalası, nə uca dağı, Nə köklü qayası duruş gətirər. Nəmli düşüncələr, qəmli fikirlər, Tutqun alınlara qırış gətirər. Nifrətlə dünyanı çalxalandırar, Sevgiylə dünyaya barış gətirər.