Əsas məzmuna keç

Qoşma

Nəzər salmaz

Məxdumqulu Fəraqi

1

Mənim bu yanan canıma İsa, Loğman nəzər salmaz. Verdiyim bu fərmanıma Ol Süleyman nəzər salmaz.

Uğradım, düşmədim mərdə, Tülkü daim yemdir qurda, Başım düşdü çıxmaz dərdə, Ulu Sübhan nəzər salmaz.

İki didəm qərqdir xuna, Ərz elədim mən Qaruna, Mənim kimi bir Məcnuna, Atəş-suzan nəzər salmaz.

Düşdüm iraq yollarıma, Kəlam aldım qollarıma, Dəşt içində mallarıma Qarun gəlib nəzər salmaz.

Nə səbəbdir, düşdüm dilə, Cəfa çəkdim əyri ilə, Mənim tək quruyan çölə, Bəhri-Ceyhun nəzər salmaz.

Eşq meyini içdim qana, Səzavar oldum Məcnuna, Mənim kimi bir mərdana, Şahi-mərdan nəzər salmaz.

Özüm qalmışam heyrana, Uğrayıb mən Dağıstana, Eşq oduna yanan cana, Xosrov-Şirin nəzər salmaz.

Dedim dayanıb zəbana, Güvənirəm ol dəhana,

Mənim kimi natəvana Bir natəvan nəzər salmaz.

Xakistərəm, bir digərəm, Atəşdən, bax, xakistərəm, Bu cahana sərbəsərəm, Amma cahan nəzər salmaz.

Zəhər qatıldı balıma, Nuh nəbi minmiş salıma, Məxdumqulu, bu halıma Qaib ərən nəzər salmaz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.