Nəzər eylə
Tən qəfəsə giriftar, gəl, cana nəzər eylə, Bax könül güzgüsünə, canana nəzər eylə, İbrət gözünü açıb, cahana nəzər eylə, İki gəmi tutmagil, bir yana nəzər eylə, Heç kimə baha verməz, dövrana nəzər eylə, Dövranına dayanan insana nəzər eylə, Bu qonub-köçüb varan karvana nəzər eylə.
Bu dövran içrə könül quşları eylər pərvaz, Guya mürği-səhərdir, şəb süxən eylər ağaz, Bağ içrə bülbül olub, oxur nəğmə həzar saz, Xudaya tövbə edib, dərgahına döndüm baz, Ömür az, dövran diraz, nə rövzə var, nə namaz, Oyan xabi-qəflətdən, həşrə bənzər fəsli-yaz, Aləm nə tesbeh oxur, hər yana nəzər eylə.
Ölmərəm deb düşməsin, könlün bu güman içrə, Ömrə yoxdur ixtiyar, ötücü zaman içrə, Əcəl qoymuş ox-gəzin kirişə kaman içrə, Bəndəyə nə ərmandır, can versə iman içrə, Sözlə, sözün yayılsın bu yaxşı-yaman içrə, Az ömrə ağır işlər qurubsan cahan içrə, Mükim işini tutan mehmana nəzər eylə.
Nə xoş gündür aşığa xəlvət yara ulaşmaq, Hal-əhvalın soruşub, qol boyuna salışmaq, Məhşərin nəşri kimi, tən-can kimi buluşmaq, Bir-birinə dərd töküb, sərgüzəştin qılışmaq, Kök bağlayan riştə tək sarmaşıban-dolaşmaq, Dostlar, nə müşkül işdir, qovuşub, ayrılışmaq, Vüsala məğrur olma, hicrana nəzər eylə.
Məxdumqulu, sözləmə, qoymaz deməyə dərdin, Kainatda dolanıb, altmış yana əl gərdin, Fanini baqi bildin, yel tək əsdin, yüyürdün, Dostuna azar verdin, düşmənə üz çevirdin, Bildin ki, bivəfadır, bəhası yox bu yurdun, Otuz dörd yaşa gəldin, bu cahanda nə gördün, Qurana qulaq qoyub, fərmana nəzər eylə.